AZ

ABŞ-a səfər üçün dəvət almışam - Delsi Rodriqes

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes ABŞ-a səfər etmək üçün dəvət aldığını bildirib. Onun sözlərinə görə, bu səfər yalnız əsas məsələlər üzrə irəliləyiş əldə olunacağı təqdirdə mümkün ola bilər.

“İki sahil” xəbər verir ki, o, bu barədə "NBC News"a müsahibəsində deyib.

Rodriqes, eyni zamanda, vurğulayıb ki, Nikolas Maduro Venesuelanın qanuni lideri olaraq qalır. “Hüquqşünas kimi bəyan edirəm ki, həm prezident Maduro, həm də birinci xanım Siliya Flores günahsızdır”, – deyə o, bildirib.

Seçilən
20
ikisahil.az

1Mənbələr