AZ

Şahzadə Endryu 12 milyon funtluq borcu qaytarmayıb

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniya Kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor amerikalı Virciniya Cufrenin susdurulmasına xərclənən pula görə kral ailəsinə 12 milyon funt sterlinq (28 milyon manat) borcludur.

Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Şahzadə Endryuya qarşı ittihamlar irəli sürən Cufre iddia edib ki, 17 yaşında ikən cinsi əlaqəyə girməyə məcbur edilən bir neçə kişi arasında olub.

Nəşrin məlumatına görə, qalmaqalı həll etmək üçün Endryu anası Kraliça II Yelizavetadan (1926-2022) 7 milyon funt sterlinq (16 milyon manat), onun əri Edinburq hersoqu Şahzadə Filipin (1921-2021) fondundan isə 3 milyon funt sterlinq (7 milyon manat) borc alıb. Qardaşı ona daha 1.5 milyon funt sterlinq (3.5 milyon manat) borc verib, qalan hissəsi isə kral ailəsinin digər üzvləri tərəfindən ianə edilib.

Lakin mənbənin sözlərinə görə, bu günə qədər Endryu bir funt belə qaytarmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
oxu.az

1Mənbələr