AZ

bp kommersiya istismarına başlanıldığı vaxtdan bəri AÇG-də hasil olunan neftin ümumi həcmini açıqladı

Bakı. Trend:

1997-ci ilin noyabrında kommersiya istismarına başlanıldığıvaxtdan 2025-ci ilin sonunadək Azərbaycanın “Azəri-Çıraq-Günəşli”(AÇG) yatağında təxminən 4,6 milyard barel neft hasil edilib.

Bu barədə Trendbp-yə istinadən xəbər verir.

Bildirilib ki, həmin müddət ərzində 61 milyard kubmetr səmt qazıixrac olunub.

Qeyd edək ki, 2025-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz vəetibarlı şəkildə davam edib il üçün AÇG-dən ümumi hasilat – Çıraq(21 000), Mərkəzi Azəri (90 000), Qərbi Azəri (76 000), Şərqi Azəri(43 000), Dərinsulu Günəşli (51 000), Qərbi Çıraq (24 000) və ACE(25 000) platformalarından birlikdə – gündə orta hesabla 330 000barel və ya ümumilikdə təxminən 120 milyon barel, yəni 16 milyonton olub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçıtərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkətioperatordur.

AÇG-də iştirak payları aşağıdakı kimidir:

bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%),EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş(2,92%).

Məqalədə:
Seçilən
20
1
az.trend.az

2Mənbələr