AZ

Zelenskinin partiyasından olan onlarla deputat zəhərləndi - KİV

Bakı. Trend:

Ukraynada hakim “Xalqın Xidmətçisi” partiyasının onlarladeputatı zəhərlənib.

Trend bu barədəUkrayna KİV-ə istinadən xəbər verir.

“Strana.ua” parlament üzvlərindən birinə istinadən yazır ki,“Xalqın Xidmətçisi” nümayəndələrinin bəzilərində 40 dərəcəyə yaxınhərarət müşahidə olunur. Bəzilərində isə ishal və qusma hallarıortaya çıxıb.

Parlament üzvü həmçinin bildirib ki, digər partiyalardavəziyyətin necə olduğunu bilmir.

Fevralın 12-də Ukrayna KİV-ləri xəbər yayıb ki, Ali Radafevralın 24-dək işini dayandırıb, gündəlik üzrə səs verə bilməyib,çünki kifayət qədər səs toplanmayıb.

Ukrayna deputatı Yaroslav Jeleznyakın məlumatına görə,deputatlar parlamentin yeməkxanasında kütləvi zəhərlənməyə məruzqalıblar.

Seçilən
140
az.trend.az

1Mənbələr