AZ

Ermənistanda iğtişaşlara çağırışda ittiham olunan erməni yepiskopun həbs qərarı ləğv edildi

ain.az bildirir, Oxu.az portalına istinadən.

Ermənistanda hakim David Dabaqyanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının lideri (dünyəvi adı Ayk Proşyan), yepiskop Mkrtiç barəsində qərar qəbul edilib. Mitinqlərə qoşulmağa məcburetmə və iğtişaşlara çağırış ittihamı ilə keçirilən iş çərçivəsində onun həbsi ev dustaqlığı ilə əvəz edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ruhaninin vəkili Ara Zoqrabyan özünün "Facebook" hesabında məlumat verib.

Qeyd edək ki, Proşyan bütün ermənilərin katolikosu II Qareginin qohumudur.

"Bu gün Araqatsotn vilayətinin birinci instansiya məhkəməsi (hakim D.Dabaqyanın rəhbərliyi ilə) Araqatsotn yeparxiyasının keşişi yepiskop Mkrtiç Proşyanın həbs qətimkan tədbirinin ləğv edilməsi və alternativ tədbir kimi ev dustaqlığının tətbiq edilməsi barədə qərar verib", - deyə Zoqrabyan qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
102
oxu.az

1Mənbələr