AZ

“Xiyarı evdə yetişdirin” Duma ruslara qiymət artımından “çıxış yolu” göstərib

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Xiyarın kəskin bahalaşması rusiyalıların kəskin narazılığına səbəb olub.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Dövlət Dumasının deputatı Nikita Çaplin ruslara xiyarın bahalaşması ilə bağlı “çıxış yolu” göstərib. Deputat deyib ki, mağazalarda kəskin qiymət artımlarına görə ruslar xiyarı evdə yetişdirməyə başlamalıdırlar.

O bildirib ki, xüsusi özünü tozlandıran hibridlər qapalı məkanlarda becərmək üçün ən uyğunudur və məhdud məkanlara dözümlüdürlər. Çaplin həmçinin ruslara xiyar yetişdirərkən işıqlandırmaya xüsusi diqqət yetirməyi tövsiyə edib. Deputat əlavə edib ki, xiyarlar müntəzəm olaraq otaq temperaturunda su ilə suvarılmalıdır: "Tərəvəz bitkiləri üçün xüsusi olaraq hazırlanmış mürəkkəb gübrələrlə vaxtında gübrələməni də unutmamalıyıq".

Qeyd edək ki, Rusiyada xiyarın kiloqramının orta pərakəndə satış qiyməti ötən ilin noyabr ayı ilə müqayisədə 111,1% artaraq 300 rublu ötüb. Ruslar sosial mediada bəzi bölgələrdə xiyarın bir kiloqramının qiymətinin 500, hətta 1000 rubla qədər artdığından şikayətlənirlər. Qeyd edirlər ki, xiyarın qiyməti ətin qiymətini ötüb keçir. 

Xiyarın bahalaşması qışda istixanalarda məhsuldarlığının azalması, Yeni il tətillərindən sonra tələbatın artması və logistika xərcləri ilə əlaqələndirilir. Bundan əlavə, bu il bütün istixana komplekslərində məhsuldarlıq Rusiyada anormal soyuq hava şəraiti səbəbindən kəskin şəkildə azalıb. Həmçinin, havalar çox soyuq olduğundan, bu tərəvəz anbarlarda tez xarab olur.

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
85
azpolitika.info

1Mənbələr