Azərbaycan I Liqasında ötən ilin dekabrında vurulmuş ən yaxşı qolun müəllifi bəlli olub.
Fanat.Az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, "Ayın qolu" layihəsi çərçivəsində "Səbail"in hücumçusu Ruslan Voronsov mükafatlandırılıb.
Dekabrın ən yaxşı qolunun müəllifinə mükafatı XIV turun "Səbail" - "Şəfa" qarşılaşmasından əvvəl PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.