AZ

PSJ prezidenti: Peresin uduzduğunu deyənlər futbolu anlamır

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi "Real Madrid" və UEFA arasında Avropa Superliqası layihəsi ilə bağlı əldə edilən razılaşmaya münasibət bildirib.

Oxu.Az "Marca" qəzetinə istinadən xəbər verir ki, PSJ prezidenti "Real Madrid"in bu addımına sevinib.

"Mən buna çox sevinirəm. Bu razılaşmaya görə hər iki tərəfə təşəkkür edirəm. UEFA prezidenti Çeferinə və "Real Madrid"in prezidenti Florentino Peresə təşəkkür edirəm. Əgər kimsə Peresin uduzduğunu demək istəyirsə, deməli, onlar futbolu başa düşməyən axmaqdırlar. İndi hamımız qalib gəlmişik, uduzan yoxdur".

Xatırladaq ki, Avropa Superliqası layihəsi haqqında ilk dəfə 2021-ci ildə elan verilmişdi. Təşəbbüs FIFA, UEFA və milli assosiasiyalar tərəfindən tənqidə məruz qalmışdı. Bir neçə gün əvvəl "Barselona" da layihəni tərk etdiyini açıqlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
oxu.az

1Mənbələr