AZ

“Qarabağ” azarkeşləri “Neftçi”nin bazasının oturacaqlarını sındırdı, klub isə...

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Son günlər “Neftçi” ilə “Qarabağ”ın qarşılıqlı münasibətlərində hökm sürən gərginlik aşağı yaş qruplarına da təsirsiz ötüşməyib. Belə ki, bu iki klubun 17 yaşadək komandalarının oyununda “Qarabağ” fanatları oturacaqları sındırıb, pirotexniki vasitələrdən istifadə edib və “Neftçi” futbolçularına hədə-qorxu gəlib. Bu səbəbdən də Ağdam klubunun azarkeşləri, daha dəqiqi, “İmarət Tayfa” bir gün sonra keçirilən əvəzedicilər komandasının oyununa buraxılmayıb. Məsələni araşdırmaq üçün əvvəlcə “Neftçi”nin mətbuat katibi Asəf Zeynallı ilə danışdıq. O, qadağanın yalnız əvəzedicilər komandalarının oyunu ilə bağlı olduğunu, hədə-qorxu haqda isə heç bir məlumatın olmadığını bildirdi.“Qarabağ”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyevlə də əlaqə saxladıq:

“Əvvəlcə ona aydınlıq gətirim ki, hansısa hədə-qorxudan söhbət gedə bilməz. Elə məsələ olmayıb. Bəli, sındırılmış bəzi oturacaqlar var. Biz “Qarabağ” Futbol Klubu olaraq “Neftçi” ilə danışmışıq, dəyən maddi ziyan ən qısa zamanda tərəfimizdən ödəniləcək. Azarkeşlərin iştirak etməməsinə gəlincə, klublar razılığa gəldi ki, əvəzedicilər liqasındakı məhz bir oyun azarkeşsiz olsun. Başqa oyunlarla bağlı qadağa yoxdu”.

MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
icma.az

2Mənbələr