AZ

Anapada texnikuma hücum planının PƏRDƏARXASI: Təhrikçi şərik SAXLANILDI

Anapada texnikuma hücum edən şəxsin şəriki saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Anapa şəhərində sənaye texnikumuna silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində cinayətin şəriki saxlanılıb.

İstintaqın versiyasına görə, məhz həmin şəxs öz dostunu bu dəhşətli aksiyanı törətməyə razı salıb və ona ciddi təsir göstərib.

Məlumata görə, hücumu törədən şəxs əvvəlcədən öz niyyəti barədə kurs yoldaşına danışıb.

Saxlanılan şübhəli şəxs isə dostunu bu fikrindən daşındırmaq əvəzinə, müxtəlif yollarla, o cümlədən təhrikedici üsullarla onu cinayət törətməyə sövq edib.

Bu təhriklərin təsiri altına düşən 17 yaşlı gənc qohumuna məxsus tüfəngi oğurlayaraq sənaye texnikumuna yollanıb və orada atəş açıb.

Hadisə ilə əlaqədar olaraq, silaha lazımi nəzarəti təmin etməyən 64 yaşlı qohum barəsində də cinayət işi başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
54
interpress.az

1Mənbələr