AZ

"Könül 1 ay ərzində heç kimlə görüşməyəcək, heç yerə getməyəcək"

Əməkdar artist Könül Kərimova hazırlaşdığı solo konsertindən danışıb. Axşam.az xəbər verir ki, müğənni "Günə bax" proqramında bunun üçün həyat tərzini dəyişdiyini deyib. O bildirib ki, prodüser Asif Kərimli ona qadağalar qoyub:

 

"Rahatam, çox yaxşıyam. Yanımda yaxşı insanlar var. Bilirik ki, hər şey çox yaxşı olacaq. İfamla çalışacağam ki, hamının etimadını doğruldum. Nəvəm gəldi, istədim qucaqlayıb öpüm. Qoymadılar. Qripə yoluxa bilərəm".

 

Asif Kərimov isə "Demişəm ki, heç kimlə görüşmə, evdəkiləri başqa yerə göndər. Telefondan uzaq dur, vaxtında yatıb, vaxtında dur. Neqativ şeylərə baxma. Hamı anlasın ki, Könül 1 ay ərzində heç kimlə görüşməyəcək, heç yerə getməyəcək" sözlərini əlavə edib.

Tarix: 12 Fevral 2026, 19:08   
Seçilən
55
6
pravda.az

8Mənbələr