Azərbaycan I Liqasının 14-cü turunun mərkəzi görüşündə “Səbail”lə “Şəfa” üz-üzə gəlib.
İdmanxeber.az-ın məlumatına görə, qolsuz bərabərliklə sona çatan matçın son dəqiqələrindən yaşanan epizod müzakirələrə səbəb olub. Belə ki, 90+3-cü dəqiqədə matçın baş hakimi Rəşad Əhmədov “Səbail”in qapısına penalti təyin edib.
Ancaq referi daha sonra yan xətt hakimi ilə məsləhətləşdikdən sonra qərarını ləğv edib.
Xatırladaq ki, I Liqa oyunlarında VAR sistemi yoxdur.
Qeyd edək ki, Azərbaycan I Liqasında “Şəfa” 32 xalla 1-ci, “Səbail” isə 26 xalla 3-cü pillədə qərarlaşıb.