AZ

QHT nümayəndəsi Litvanın dövlət müstəqilliyinin 108-ci ildönümünə həsr olunan tədbirdə iştirak edib - FOTOLAR

Litvanın dövlət müstəqilliyinin 108-ci ildönümü münasibətilə təşkil olunan rəsmi tədbirdə ictimaiyyət nümayəndələri və diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

QHT.az xəbər verir ki, tədbirdə iştirak edən Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli bu əlamətdar gün münasibətilə təbriklərini çatdıraraq Azərbaycan ilə Litva arasında münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb.

O bildirib ki, Azərbaycan ilə Litva arasında siyasi və humanitar əlaqələrlə yanaşı, nəqliyyat və iqtisadi sahələrdə də əməkdaşlıq uğurla davam edir. Bu çərçivədə iki ölkə arasında ticarət dövriyyəsi sənaye, kənd təsərrüfatı və qida sənayesi məhsullarını əhatə edir.

"Litvadan ixrac olunan müxtəlif məhsullara Azərbaycanın aparıcı pərakəndə satış şəbəkələrində rast gəlmək mümkündür. Bu isə iqtisadi əməkdaşlığın real və praktik nəticələrindən biri kimi qiymətləndirilir. Litvanın dövlət müstəqilliyinin 108-ci ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak etməkdən məmnun oldum. Azərbaycan ilə Litva arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə inanırıq. Bir daha müstəqillik günü münasibətilə təbriklərimizi çatdırırıq. Sveikinimai Lietuvai!"

 

Pərvanə Fərhadqızı

Seçilən
98
qht.az

1Mənbələr