BAKI, 12 fevral. TELEQRAF
ABŞ artıq 1 milyard dollardan çox dəyəri olan Venesuela neftinin satışını həyata keçirib.
Teleqraf "NBC News"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
Kris Raytın sözlərinə görə, yaxın bir neçə ay ərzində rəsmi Vaşinqton daha 5 milyard dollar dəyərində Venesuela neftini sata biləcək. Bununla belə, nazir bu neftin konkret olaraq hansı ölkələrə və ya şirkətlərə tədarük ediləcəyi barədə təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, hazırda Venesuelada səfərdə olan Kris Rayt ölkənin yüksək səviyyəli rəhbərliyi ilə görüşlər keçirir. Görüşlər çərçivəsində nazirin Venesuelanın səlahiyyətli nümayəndəsi və Vitse-prezidenti Delsi Rodriges ilə bir araya gəldiyi bildirilir.