Bakı. Trend:
Finlandiyada yanvar ayında son onilliklər üzrə rekord saydaşirkət müflis olub.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ölkənin Statistika İdarəsiməlumat yayıb.
Qurumun saytında bildirilir ki, 2026-cı ilin yanvar ayında 385müflisləşmə işi başlanıb.
Qeyd olunur ki, oxşar göstərici sonuncu dəfə 1997-ci ilinoktyabrında qeydə alınıb.
2025-ci ilin yekunlarına görə, Finlandiyada 3,9 mindən çoxşirkət müflis olub ki, bu da 1996-cı ildən bəri ən yüksəkgöstəricidir.