AZ

Ərdoğan müxalifət deputatlarının parlament tribununu ələ keçirməsini xuliqanlıq ADLANDIRDI

“Nazirlərimizin and içməsinə mane olmaq üçün onlar (müxalifət) hər cür xuliqanlıq üsullarına əl atdılar, o cümlədən xalqın tribununu ələ keçirdilər. Siyasi instituta inamı sarsıdan, parlamentin nüfuzuna xələl gətirən və xalqımızı təhqir edən müxalifətin hücumlarını qınayır və rədd edirəm”
 

MÖVZU İLƏ BAĞLI: 

Türkiyə Böyük Millət Məclisində DAVA DÜŞDÜ - ANBAAN VİDEO


Bizim.Media xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının regional şöbə rəhbərləri ilə görüşdə bildirib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində yeni ədliyyə naziri Akın Gürlek və daxili işlər naziri Mustafa Çiftçinin andiçmə mərasimindən əvvəl millət vəkilləri arasında insident yaşanıb. Müxalifət parlament üzvləri bir gün əvvəl bu yolla yeni ədliyyə naziri Akın Gürləkin andiçməsinə mane olmağa çalışıblar.

Bizim.Media

Seçilən
156
bizim.media

1Mənbələr