AZ

Bu, vətəndaşın dövlətlə təmasında fiziki qapı anlayışını tamamilə yox edəcək Elvin Abbasov

ain.az, 525.az portalına istinadən məlumat yayır.

“"Azərbaycanın yeni rəqəmsal arxitekturası" planı ölkənin texnoloji gələcəyini müəyyən edən strateji bir yol xəritəsidir və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) bu prosesdəki rolu sadəcə icraçı deyil, həm də sistemin "baş memarı" və koordinatoru statusundadır. Nazirliyin effektivliyi dövlət qurumları arasında illərdir mövcud olan məlumat pərakəndəliyini aradan qaldırmaq və vahid standartlar müəyyən etmək qabiliyyəti ilə ölçüləcək. Bu planın uğurlu icrası üçün nazirlik tərəfindən tətbiq edilən bulud əsaslı infrastruktur və süni intellekt həlləri, dövlət idarəçiliyini ağır bürokratik maşından çevik, data üzərində qurulmuş rəqəmsal orqanizmə transformasiya etməlidir”.

Bunu 525.az-a  Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib. Ekspert qeyd edib ki, effektivliyin ən mühüm göstəricisi nazirliyin fərqli qurumlar arasında "rəqəmsal körpülər" qura bilməsidir:

“Əgər RİNN bütün nazirliklərin məlumat bazalarını vahid dilə gətirə bilsə, bu, vətəndaşın dövlətlə təmasında "fiziki qapı" anlayışını tamamilə yox edəcək. Lakin bu yolda ən böyük sınaq yalnız texnoloji deyil, həm də sistemin kiber-dayanıqlığını təmin etmək və cəmiyyətdə rəqəmsal etimadı formalaşdırmaqdır. Nazirliyin bu plandakı rolu, ölkənin texnoloji suverenliyini qoruyaraq Azərbaycanı beynəlxalq rəqəmsal ticarət və data qovşağına çevirmək potensialı daşıyır”.

Sevinc Qarayeva 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
525.az

1Mənbələr