AZ

Nigeriyada mühərriki sıradan çıxan təyyarə Beninə təcili eniş etdi – VİDEO

Nigeriyada mühərriki imtina edən təyyarə təcili eniş etdi

İnterpress.az xəbər verir ki, bu barədə Nigeriya mətbuatı məlumat yayıb.

Nigeriyanın “Arik Air” aviaşirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi ciddi texniki nasazlıq səbəbindən təcili eniş etməli olub. Laqosdan Port-Harkorta daxili reys həyata keçirən hava gəmisinin mühərriklərindən birində uçuş zamanı imtina baş verib.

Təyyarənin göyərtəsində 80 sərnişin olub. Yaranmış təhlükəli vəziyyətlə əlaqədar heyət üzvləri marşrutu dəyişərək layneri Benin şəhərinin hava limanına endirmək qərarına gəliblər.

Eniş uğurla başa çatıb və hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda mütəxəssislər mühərrikin sıradan çıxma səbəblərini araşdırırlar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
interpress.az

1Mənbələr