AZ

Hücumda dişsizliy imiz çempionatın əvvəlindən hiss olunur Elgiz Kərəmli

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

I Liqanın 14-cü turunda "Səbail" "Şəfa" ilə heç-heçə etdi - 0:0. Sport24.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların çalışdırıcısı Elgiz Kərəmli mətbuat konfransında çıxış etdi.

Mütəxəssis görüş haqda bunları söylədi:

"Azarkeşlərimizə təşəkkür edirəm. Sona kimi bizi dəstəklədilər. Oyunçularım əllərindən gələni etdilər. Olmadı. Oyundur. Bizim üçün də çətindir. Hər tur əsas rəqiblərlə qarşılaşırıq. Belə oyunlara alışmalıyıq. Qarşıda vacib oyunlar var. İlk pillədəki yerimizi qorumağa çalışacağıq".

- Ötən il Premyer Liqada çıxış edən komandada 1 xal almısınız, amma üzgünsünüz...

- Oyunda dominat tərəf idik. "Baku Sportinq"lə görüşdən fərqli olaraq bu görüşdə üstün idik. Qələbə qazana bilməməyimiz məni üzür.

- Son dəqiqədə verilib, sonra ləğv olunan penalti epizodu barədə nə deyə bilərsiniz?

- Həmin epizoddan çıxa bilmirəm. Sakit davranmağa çalışdım. Heç vaxt hakimə yaxınlaşmamışam. Etiraz etməmişəm. Bu dəfə yaxınlaşdım. Lakin referi dedi ki, yan xətt hakimi epizodu dəqiq görürdü. Sonradan epizoda baxdıq. Bu qərarın verilməsi bizi üzür. Təəssüflər olsun ki, alınmadı.

- Oyundakı hakim idarəçiliyi barədə nə deyə bilərsiniz?

- Rəşadın hakimliyini çox bəyənirəm. MOİK-lə oyunumuzu idarə etmişdi. Rəqib vaxtı öldürməsə, icazə vermir ki, sürət ölsün. Rəşad Əhmədovun hakimliyini çox bəyənirəm.

- Artıq 2 turdur ki, qələbə qazana bilmirsiniz. Rəhbərlik tərəfindən sizə hansısa basqı yoxdur?

- Daxili narahatlıq yoxdur. Biz məğlub olmamışıq. Ən çox qol vuran, xal toplayan komandayıq. Düşünürəm ki, yaxşıyıq. Normalda bu gün gərginlik olmalı idi. Hər iki komanda lider qrupunda yer alıb. Derbi idi. "Baku Sportinq"lə xal fərqini qoruyuruq. İddiamız davam edir. Çempion olaraq Premyer Liqaya yüksəlmək istəyirik. Təəssüf ki, 2 xal itirdik.

- İbrahim Əliyevi transfer etdiniz ki, hücumdakı məhsuldarlığı artınasınız. Amma 2 oyundur ki, qol vura bilmir.

- Hücumda "dişsizliy"imiz çempionatın əvvəlindən hiss olunur. 5 futbolçumuz 4 qol vurub. Mən də istəyərdim ki, oyunu üzərinə götürən hücumçumuz olsun. İbrahim də, Nahid də çalışır. İbrahim haqda nəsə demək olmur. 2 aydır ki, bizə qoşulub. Amma çalışacağıq ki, bu problem həll olunsun.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
sport24.az

1Mənbələr