Misli Premyer Liqasının XXI turu üzrə 21 fevral tarixində keçirilməsi nəzərdə tutulan "Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə PFL-nin rəsmi saytı məlumat yayıb. Bəyanatda bildirilir:

"Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun rəsmi müraciəti, “Neftçi” klubunun razılıqla bağlı rəsmi cavabı əsasında Misli Premyer Liqasının 21-ci turunun 21 fevral tarixinə nəzərdə tutulmuş “Neftçi” - “Qarabağ” oyunu təxirə salınıb".