Kareliya Səhiyyə Nazirliyinin məlumatına görə, pişiklə müntəzəm təmasda olmaq və onunla yatmaq insanın immun sistemini gücləndirir.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Agentlik nazirliyə istinadən bildirib ki, bu, uşaqlar və depressiyadan əziyyət çəkənlər üçün faydalıdır.
Məlumatda deyilir ki, pişik ilə yatmaq depressiyadan əziyyət çəkənlər üçün də faydalı ola bilər. Ev hansısa bir heyvanın, yaxud pişiyin olması evdəki bakteriyaların tərkibinə əhəmiyyətli dərəcədə təsir göstərir və bu da öz növbəsində orada yaşayan insanların immunitetini gücləndirir.
Pişiklərlə müntəzəm oynamaq, sığallamaq və qucaqlaşmaq sinir və ürək-damar sistemlərinə də faydalı təsir göstərir və bununla da xoşbəxtlik hormonlarının istehsalını artırır. Eyni zamanda müəyyən xəstəliklərin riskini azaldır.
Səhiyyə Nazirliyi həmçinin ev heyvanları ilə yatmağın potensial mənfi cəhətləri barədə xəbərdarlıq edib. Məsələn, bu, allergik reaksiyaya səbəb ola bilər.
Səhiyyə Nazirliyi qeyd edib ki, heyvanlar parazit daşıyır və yoluxucu xəstəliklərə səbəb ola bilər. Mütəxəssislər bildirir ki, heyvan yataqda yatdıqda risk xeyli artır.
Anar