AZ

Kurt Kobein qətlə yetirilib?

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Nirvana" qrupunun əfsanəvi solisti Kurt Kobeinin qətlə yetirildiyi iddia olunur.

Axşam.az xəbər verir ki, müstəqil ekspertlər musiqiçinin işi üzrə bir neçə uyğunsuzluq aşkar ediblər və onların fikrincə, bu məqamlar qətl ehtimalına işarə edir. Onlardan biri ölümündən əvvəl yazıldığı deyilən məktubdur. Ekspertlər hesab edirlər ki, həmin məktub başqa bir şəxs tərəfindən yazılıb.

Həmçinin mütəxəssislər atəşdən sonra qanın izlərinə və gilizin düşdüyü yerə diqqət yetiriblər. Onların ehtimalına görə, Kobeynə müqavimət göstərə bilməməsi üçün yüksək dozada narkotik maddə qəbul etdirilib, daha sonra isə o, öldürülüb.

Lakin Sietl polisi bu iddiaların işə yenidən baxılması üçün yetərli olmadığını bildirir.

Qeyd edək ki, rəsmi məlumata görə, Kobein 1994-cü ildə intihar edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
116
axsam.az

1Mənbələr