AZ

Aleksandar Vuçiç Ankaradadır -Ərdoğanla mühüm müzakirələr aparıb

Serbiya Prezidenti Aleksandar Vuçiçin Türkiyəyə səfəri başlayıb. Türkiyə mediasının yazdığına görə, Vuçiçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Geniş tərkibdə görüşün ardınca ikitərəfli sazişlərin imzalanma mərasimi olub. Sonda Ərdoğan və Vuçiç mətbuata birgə bəyanatlarla çıxış ediblər. Serbiya lideri Ərdoğanla mühüm məsələləri müzakirə edib.

Türkiyə Prezidenti təhlükəsizlik istiqamətində Serbiya ilə əməkdaşlığın artırıldığını bildirib. Ərdoğan bəyan edib ki, Balkanda təhlükəsizlik Türkiyə üçün önəmlidir.

Aleksandar Vuçiç də Ərdoğanın Balkan Sülh Platforması təşəbbüsünü dəstəklədiyini qeyd edib. "Hərbi əməkdaşlıq barədə danışdıq və irəliləyiş əldə olunsa, bu, regionun təhlükəsizliyinə töhfə verəcək" , - Vuçiç vurğulayıb.

Mətləb

Seçilən
22
sia.az

1Mənbələr