AZ

Bakıda əks yola çıxan avtobus sürücüsünə AĞIR CƏZAVİDEO

Avtobus əks yola çıxaraq hərəkət edir. Qaydaları kobud şəkildə pozan Maştağa qəsəbəsindən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə hərəkət edən 197 nömrəli marşrut avtobusudur.

Xezerxeber.az xəbər verir ki, iddialara görə, sözügedən kadrlar Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində qeydə alınıb.

Görüntülərdəki avtobusun sürücüsünü tapa bilmədik. Digər sürücülər isə bildirdilər ki, təlimat zamanı onlara qaydalara tam əməl etmələri tapşırılıb.

Bu marşrut xəttindəki avtobuslardan istifadə edən sərnişinlər isə bu cür vəziyyətlə rastlaşmadıqlarını bildirdilər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, daşıyıcı şirkətə müraciət ediləcək.

Görüntülərlə bağlı daşıyıcı şirkətlə də əlaqə saxladıq. Bildirildi ki, artıq həmin sürücü işdən kənarlaşdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
70
xezerxeber.az

1Mənbələr