AZ

İqlim dəyişikliyi flora və faunanın üçdə birinin yox olmasına səbəb ola bilər -Ekspertdən açıqlama

İqlim dəyişikliyi nəticəsində Yer üzündə flora və faunanın üçdə birinə qədərinin yox olacağı proqnozlaşdırılır.

Redaktor.az xəbər verir ki, ekspert Roman Oparin "Izvestiya" qəzetinə danışıb.

Ekspertin sözlərinə görə, belə ssenari orta dünya temperaturunun sənaye dövrü əvvəli səviyyəsindən 2 dərəcə Selsi artması halında mümkün olacaq. Hazırda bu göstərici 1,5 dərəcədir.

Oparin xüsusilə dar temperatur diapazonuna adaptasiya olmuş növləri (stenoterm növlər) qlobal istiləşməyə qarşı həssas adlandırıb. Bunlara pingvinlər və ağ ayılar daxildir. Həmçinin, temperatur artımı korallara tamamilə yox olmaq təhlükəsi yaradır; onlar artıq sayca azalıb və rəngini itirib.

Oparin qeyd edib ki, temperaturun yüksəlməsi ekosistemlərə ümumilikdə təsir göstərir. Lakin bitkilər və heyvanların davranış və fizioloji adaptasiya mexanizmləri bu təsirləri yumşalda bilər. Eyni zamanda infeksiya xəstəliklərinin yayılma riski artır, çünki daşıyıcıların yaşama sahəsi genişlənir. Məsələn, dengue qızdırmasını daşıyan ağcaqanadlar artıq Cənubi Avropaya çatıb.

Xədicə BAXIŞLI

Seçilən
46
redaktor.az

1Mənbələr