AZ

Bərdədə ağır qəza: Ölən var - FOTO

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Gərənə kəndi ərazisində baş verib.

Kənd ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobil VAZ-2106 markalı maşınla toqquşub.

Qəza zamanı VAZ-2106-nın sürücüsü Elməddin Ocaqverdiyev hadisə yerində həlak olub.

Avtomobillərdə olan Vasif İsfəndiyar oğlu Musayev və Elçin Kamil oğlu Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Seçilən
43
yenisabah.az

1Mənbələr