AZ

İsmayıllıda zəlzələ olub

Fevralın 12-də İsmayıllı seysmoloji stansiyasından 17 kilometr şimal-qərbdə - İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,2 olan zəlzələ yerli vaxtla saat 17:54-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 18 kilometr olub. Yeraltı təkanlar hiss edilməyib.

Seçilən
32
5
azerbaijan-news.az

10Mənbələr