AZ

Real Madrid Almaniya divarını gətirir: 50 milyonluq hədəf

ain.az, Fanat saytına istinadən bildirir.

İspaniya nəhəngi "Real Madrid" müdafiə xəttini "Borussiya Dortmund"un ulduzu ilə gücləndirməyi planlaşdırır.

Fanat.Az xəbər verir ki, "kral klubu" Niko Şlotterbeki ciddi şəkildə izləyir. Almaniya klubunda 2027-ci ilə qədər müqaviləsi olan 25 yaşlı futbolçunun özü də karyerasını Madriddə davam etdirmək istəyir.

"BILD"in yaydığı məlumata görə, transferin 40-50 milyon avro civarında reallaşması hər iki tərəf üçün məqbul variant hesab olunur. "Real" rəhbərliyi müdafiəçinin performansından razıdır və yayda rəsmi təkliflə Dortmund təmsilçisinin qapısını döyəcək.

Şlotterbekin gənc və solaxay olması Madrid klubunun oyun sisteminə tam uyğun gəlir.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
fanat.az

2Mənbələr