AZ

İtaliyada KURYOZ HADİSƏ: 120 min avroluq qızılı səhvən ZİBİLƏ ATDI – VİDEO

İtaliyada kişi 120 min avroluq qızılı səhvən zibilə atıb.

İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İtaliyanın Leççe (Lecce) vilayətinin sakini inanılmaz bir səhvə yol verərək böyük sərvətindən olmaq təhlükəsi ilə üzləşib.

Belə ki, həmin şəxs içərisində 20 ədəd qızıl külçə olan mücrünü səhvən küçədəki zibil konteynerinə atıb.

Qızılların ümumi bazar dəyəri təxminən 120 min avro (təxminən 222 000 manat) məbləğində qiymətləndirilir.

İtaliyalı dərhal kömək üçün polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları operativ şəkildə həmin zibil qabını və tullantıların daxil olduğu müəssisəni müəyyən ediblər.

Uzun araşdırmalardan sonra qızıl külçələr tapılıb və qanuni sahibinə geri qaytarılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
103
interpress.az

1Mənbələr