AZ

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Babək prospektində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

APA xəbər verir ki, hadisə ilə əlaqədar əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda FHN əməkdaşları hadisə yerində sakinlərin təxliyəsini həyata keçirir və alovun digər mənzillərə keçməsinin qarşısını almağa çalışırlar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
35
1
apa.az

4Mənbələr