AZ

Qarşısına iki şərt qoyulub - Baş məşqçi postunda qalmaq üçün

Alvaro Arbeloa cari mövsüm bitdikdən sonra da “Real”ın “sükanı arxasında” qalmağa davam edə bilər.

Sportinfo.az “Touchline”-a istinadən xəbər verir ki, Madrid klubu ispaniyalı çalışdırıcının komandanın daimi baş məşqçisi olması üçün iki şərt irəli sürüb.

Birincisi, Çempionlar Liqasının pley-off-unda “Benfika”nı məğlub edərək 1/8 finala yüksəlmək, ikincisi, La Liqa çempionluğunu qazanmaq.

Hər iki şərt yerinə yetirilərsə, Arbeloaya “Real”ın baş məşqçisi kimi daimi iş verilə bilər.

“Kral klubu” hazırda İspaniya çempionatında 57 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 1 xal geri qalır.

Seçilən
34
sportinfo.az

1Mənbələr