AZ

Paytaxtda yaşayış binasında güclü YANĞIN

Babək prospektində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə ilə əlaqədar əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda FHN əməkdaşları hadisə yerində sakinlərin təxliyəsini həyata keçirir və alovun digər mənzillərə keçməsinin qarşısını almağa çalışırlar.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Seçilən
12
1
yenisabah.az

4Mənbələr