Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilsin:
"2-ci dərəcəli dövlət vergi xidməti müşaviri" ali xüsusi rütbəsi
Orxan Faiq oğlu Nəzərli - Dövlət Vergi Xidmətinin rəisi
"3-cü dərəcəli dövlət vergi xidməti müşaviri" ali xüsusi rütbəsi
Nicat Şükür oğlu İmanov - Vergi siyasəti baş idarəsinin rəisi
Abbas Cəlil oğlu İsmayılov - Vergi auditi baş idarəsinin rəisi
Səməd Ədil oğlu Vəliyev - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2026-cı il