AZ

"Ayda şəhərlər salmaq lazımdır" - İlon Maskdan yadplanetlilər barədə PAYLAŞIM

Amerikalı milyarder İlon Mask X səhifəsində maraqlı paylaşım edib.İ. Mask yazır: “Aya kütləvi uçuşdan, sonra isə Marsa uçuşdan, bütün Günəş sistemimiz üzrə səyahətdən və nəhayət digər ulduz sistemlərinə uçuşdan daha möhtəşəm bir şeyi təsəvvür edə bilmirəm.

Ola bilsin, biz yadplanetlilərlə qarşılaşacağıq. Ola bilsin, milyon illər mövcud olmuş sivilizasiyaları görəcəyik və qədim yadplanetli sivilizasiyaların qalıqlarını tapacağıq”, – deyə Mask bildirib.

Onun fikrincə, bunun üçün Ayda şəhərlər salmaq, eləcə də “katapultlar” adlandırdığı xüsusi buraxılış qurğuları inşa etmək lazımdır. Bu qurğular kosmosun tədqiqi üçün süni intellektlə təchiz olunmuş peykləri orbitə çıxaracaq.

Mətləb

Seçilən
25
2
sia.az

9Mənbələr