AZ

Bu halda İran Ermənistan əməkdaşlığı olmayacaq Herbst

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İran məsələsi ilə ciddi maraqlanır, lakin bunu Cənubi Qafqazla əlaqələndirmir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukrayna və Özbəkistandakı keçmiş səfiri Con Herbst deyib.

Herbst bildirib ki, Tramp Cənubi Qafqazda İrəvan və Bakı arasında sülhün bərqərar olması və ABŞ-ın regionda kommersiya maraqlarının irəliləməsi üçün proseslərə başlayıb.

Herbst həmçinin qeyd edib ki, İran Tramp administrasiyasının əsas prioritetlərindən biridir.

"İranın Ermənistanla dostluq əlaqələri və Azərbaycanla yaxşı münasibətləri, eləcə də bu ölkələrlə ortaq sərhədləri var. Lakin bu element Trampın Cənubi Qafqaz siyasətində əsas rol oynamır. Eyni zamanda mən ümumiyyətlə rol oynamadığını demirəm. Tramp İran siyasəti prizmasından Ermənistan və Azərbaycana ciddi diqqət yetirmir.

O, yəqin ki, İrana təzyiqi artırmağı və bəlkə də Ermənistan və Azərbaycanın buna necə kömək edə biləcəyini düşünür, amma bu, onun Tehran siyasətinin ön planında deyil.

Əgər Ermənistan və Azərbaycan nəhayət sülh razılaşmasına nail olsaydılar və İrəvan Ankara ilə münasibətlərini yaxşılaşdırsaydı, İran və Ermənistan arasında sıx əməkdaşlığın səbəbləri yox olardı", - deyə ekspert əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
axar.az

2Mənbələr