AZ

Jurnalist azadlığa buraxıldı

Qvatemalanın keçmiş prezidenti Alexandro Cammattei (2020-2024) ilə bağlı korrupsiya işləri haqqında qəzetində məqalələr dərc etdiyinə görə 2022-ci ildən bəri həbsdə olan qvatemalalı jurnalist  Xose Ruben Zamora cümə axşamı azadlığa çıxıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, o, nəzarətsiz ev dustaqlığına buraxılıb. Yaxın saatlarda evinə köçürüləcək jurnalist qərarı alqışlayaraq, hələ də obyektiv mühakimə yürüdənlərin olmasının qənaətbəxş olduğunu bildirib.

Fəaliyyətini dayandırmış gündəlik "El Periodico" qəzetinin təsisçisi, 69 yaşlı Xose Ruben Zamora çirkli pulların yuyulması və sənəd saxtakarlığı ittihamları ilə təxminən 1290 gününü həbsdə keçirib. O, QHT-lərin dəstəyi ilə bu ittihamları rədd edir və bunun əvvəlki sağçı hökumətin korrupsiyası barədə reportajlarına görə onu susdurmaq məqsədi daşıdığını vurğulayır.  AFP-nin məlumatına görə, məhkəmə korrupsiyaya qarşı mübarizə aparan jurnalisti 2023-cü ilin iyun ayında altı il həbs cəzasına məhkum edib, lakin hökm ləğv edilib. Hakim iddia edir ki, Xose Ruben Zamora Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulduğu kimi sənəd saxtakarlığı cinayətinə uyğun cəzanı artıq çəkib. Zamora məhkəmə iclasından sonra jurnalistlərə bildirib:

"Mən həbsxanada lazım olduğundan daha çox vaxt keçirdim, işgəncələrə, psixoloji repressiyalara məruz qaldım, bir növ canlı cəsəd idim".

O, məhkəmə iclasında qara kostyum geyinib. Xose Ruben Zamoranın ölkədən çıxışı qadağandır.

Aydın Baxış

Seçilən
34
bakivaxti.az

1Mənbələr