AZ

Tramp İranı hədələdi: "Vəziyyət çox ağrılı olacaq"

Ajans.az bu barədə "İnterfax" agentliyinə istinadən xəbər verir. "Biz saziş bağlamalıyıq, əks halda vəziyyət çox ağrılı olacaq", - deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib. Dövlət başçısı qeyd edib ki, onun İranla saziş imzalamağa xüsusi həvəsi yoxdur, lakin bunu zəruri hesab edir. Tramp əlavə edib ki, əgər Tehranın təklif etdiyi razılaşmalar ədalətli və faydalı olmasa, İran üçün "çox ağır vaxtlar" yaxınlaşacaq. Bununla yanaşı, Tramp İranla istədiyi qədər uzun müddət danışıqlar aparmağa hazır olduğunu vurğulayıb:

"Mən onlarla istənilən qədər danışacağam və saziş bağlayıb-bağlaya bilməyəcəyimizi görəcəyik".

Seçilən
64
4
Ajans.az

5Mənbələr