AZ

Bakıda onsəkkizmərtəbəli binada yanğın

Yazını böyüt
Yazını kiçilt

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə Babək prospekti 10B ünvanında qeydə alınıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onsəkkizmərtəbəli binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.

Seçilən
16
6
hafta.az

10Mənbələr