Yaxın vaxtlarda "Apple" korporasiyası dörd cihazın satışını dayandıracaq.
Publika.az xəbər verir ki, bu barədə "9to5Mac" nəşri məlumat yayıb.
Bazar analizi və şayiələrə əsaslanaraq, media mütəxəssisləri şirkətin tezliklə satışdan çıxarmalı olduğu məhsulların siyahısını hazırlayıblar. İlk növbədə, şirkət "iPhone 16e" modelinin istehsalını dayandıracaq, çünki İT nəhəngi fevralın sonuna qədər onun varisi olan "iPhone 17e" modelini təqdim etməlidir.
"Apple" həmçinin "iPad Air" planşetinin yeni versiyasını hazırlayır – "M3" prosessoru ilə təchiz edilmiş hazırkı qacet 2025-ci ilin martında işıq üzü görmüşdü.
"Hazırda "M4" prosessoru bazasında yeni "iPad Air" hazırlanır və onun yaxın həftələrdə təqdim ediləcəyi gözlənilir", – deyə ekspertlər izah ediblər.