AZ

Avropa Şurasının keçmiş baş katibinin evlərində axtarışlar aparılır

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İstintaq Ceffri Epşteynin işi ilə bağlı sənədlərin dərcindən sonra başlanan istintaqla əlaqədar aparılır

Norveçin İqtisadi Cinayətkarlıqla Mübarizə Bölməsi (Økokrim) keçmiş Baş nazir və Avropa Şurasının keçmiş Baş katibi Torbyorn Yaqlandın evində və bağ evlərində axtarışlar aparır. AYNA.AZ xəbər verir ki, bu barədə “Verdens Gang” qəzeti Yaqlandın “Elden Advokatfirma” hüquq firmasından olan vəkilinə istinadən məlumat yayıb.

İstintaq amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin dərc olunmasından sonra Norveçdə keçmiş Baş nazirə qarşı başlanan istintaqla əlaqədar olaraq aparılır.

Siyasətçi rəsmi olaraq şübhəli elan edilib. Osloda və Norveçin şərq sahillərində axtarışlar davam etdirilir.

Daha əvvəl, 11 fevralda Avropa Şurası Nazirlər Komitəsinin keçmiş Baş katibin toxunulmazlığını ləğv etdiyi açıqlanmışdı. Hazırda ağırlaşmış korrupsiya iddiaları ilə bağlı araşdırma aparılır.

Baş katib Alain Berset həmçinin daxili inzibati araşdırmanın Avropa Şurasının Daxili Nəzarət Direktorluğuna verilməsi qərarını açlıqlayıb. Berset həmçinin institusional idarəetmə təcrübələrinin hərtərəfli nəzərdən keçirilməsinə başlanıldığını deyib.

Norveçin "Verdens Gang" qəzetinin Yaqland barədə Epşteynin işi ilə bağlı materialları araşdırdığı xəbərə görə, onun mənzil almaq üçün Ceffri Epşteyndən zəmanəti olub. Siyasətçi həmçinin bir neçə gecəni Epşteynin Nyu-York və Parisdəki mənzillərində keçirib. AFP xəbər agentliyinin məlumatına görə, 2014-cü ildə ailəsi ilə birlikdə Epşteyn adasına səfər planlaşdırıb, lakin səfər sonda ləğv edilib.

Yaqland Epşteynlə əlaqələrinin "adi diplomatik fəaliyyətin" bir hissəsi olduğunu iddia edir. Fevralın əvvəlində o “Aftenposten” qəzetinə deyib ki, münasibətləri qorumaqda "səhv edib”.

Qeyd edək ki, Yaqland 1996-1997-ci illərdə Norveçin Baş naziri, 2009-2015-ci illərdə Nobel Sülh Mükafatı Komitəsinin sədri və 2009-2019-cu illərdə Avropa Şurasının Baş katibi vəzifələrində işləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
ayna.az

1Mənbələr