AZ

Yüksək qan təzyiqinin gözlənilməz səbəbi

Alimlər aşkar ediblər ki, 2-ci tip şəkərli diabet və yüksək arterial təzyiq ümumi genetik səbəblər nəticəsində inkişaf edə bilər. Məlum olub ki, bəzi insanlarda hər iki xəstəliyin riskini eyni vaxtda artıran irsi DNT variantları mövcuddur.

"Unikal" xəbər verir ki, bu barədə aparılmış geniş tədqiqatın nəticələri “Nature Communications” (NC) jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində diabet və təzyiqin tənzimlənməsi ilə əlaqəli 1300-dən çox genetik variant təhlil edilib. Daha sonra əldə olunmuş “genetik risk profilləri” “UK Biobank” bazasının 450 mindən artıq iştirakçısının məlumatları əsasında yoxlanılıb. Alimlər ikiqat riskin formalaşdığı maddələr mübadiləsinin pozulması, mədəaltı vəzinin beta-hüceyrələrinin fəaliyyətində nasazlıqlar, piyin həddindən artıq toplanması və damar disfunksiyası kimi bir neçə bioloji mexanizmi aşkarlanıb.

Müəyyən edilib ki, bəzi DNT kombinasiyalarına malik insanlar eyni vaxtda həm 2-ci tip şəkərli diabet, həm də hipertenziya ilə tez-tez üzləşirlər. Bununla yanaşı, müxtəlif gen qrupları oxşar klinik nəticəyə gətirib çıxarsa da, bunu fərqli bioloji yollar vasitəsilə həyata keçirir. Bu, bəzi pasiyentlərdə ağırlaşmaların niyə daha sürətlə inkişaf etdiyini, digərlərində isə inkişaf etmədiyini izah edir.

Müəlliflər hesab edirlər ki, gələcəkdə genetik məlumat yüksək riskin daha erkən müəyyən edilməsi üçün istifadə oluna bilər. İrsi amillər həyat boyu sabit qaldığından onların nəzərə alınması həkimlərə ürək-damar sisteminə “ikiqat zərbə” ehtimalını əvvəlcədən müəyyən etməyə və müşahidə və profilaktika üçün daha fərdiləşdirilmiş strategiya seçməyə kömək edə bilər.

Seçilən
56
6
unikal.az

7Mənbələr