AZ

Yol polisi qayda pozub yolu kəsən sürücüləri ifşa etdi ANBAAN VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Yol hərəkəti qaydalarına əməl olunması hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, eləcə də nəqliyyat vasitələrinin fasiləsiz və nizamlı hərəkəti baxımından mühüm əhəmiyyət daşıyır.

Avtosfer.az xəbər verir ki, aparılan müşahidələr göstərir ki, xüsusilə paytaxt yollarında bəzi sürücülər nəqliyyat vasitələrini icazə verilməyən yerlərdə, o cümlədən yolun ikinci hərəkət zolağında saxlayırlar. Bu cür məsuliyyətsiz davranış yolun bir hissəsində süni sıxlığın yaranmasına, hərəkət intensivliyinin azalmasına, nəqliyyat axınının ləngiməsinə və nəticədə tıxacların formalaşmasına səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir: nəqliyyat vasitələrinin dayanması və durması yalnız icazə verilən yerlərdə həyata keçirilməlidir.

Unutmayaq ki, təhlükəsiz və mədəni yol hərəkəti hər birimizin birbaşa məsuliyyətidir.

Oxunub 166

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
avtosfer.az

1Mənbələr