AZ

I Liqa: "Mingəçevir"in 3-cü yer sınağı, Ağsuda autsayder dueli

Bu gün Azərbaycan I Liqasında 14-cü tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turun son günündə iki matç baş tutacaq.

Eyni vaxtda start götürəcək hər iki görüş bölgədə keçiriləcək. Ağsuda son iki pillədə qərarlaşan komandalar - "Difai" ilə "Şimal" üz-üzə gələcəklər. Qış fasiləsində heyətini xeyli gücləndirərək iddiasını artıran "Mingəçevir" isə doğma meydanda "Zaqatala" ilə üz-üzə gələcək. Ramiz Məmmədovun komandası doğma azarkeşləri önündə qələbə qazanmaqla ötən gün "Şəfa" ilə görüşdə 1 xalla kifayətlənən "Səbail"i geridə qoyacaq və 3-cü yerə yüksələcək.

Turun dünən baş tutan görüşləri belə nəticələnib: “Şahdağ Qusar” – “Cəbrayıl” 4:2, “Baku Sportinq” – MOİK  2:0, “Səbail” – “Şəfa” 0:0.

Azərbaycan I Liqası
XIV tur
13 fevral 

14:30. “Difai” – “Şimal” 
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağsu. Şəhər stadionu.

14:30. “Mingəçevir” – “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança). 

Seçilən
17
3
fanat.az

4Mənbələr