AZ

Azərbaycanlılar İrəvanın mərkəzində: “Bizi yaxşı qarşıladılar”-VİDEO

Bir qrup azərbaycanlı Ermənistan paytaxtı İrəvana gedib, şəhərin mərkəzində sərbəst formada gəzintiyə çıxıb və video çəkiblər.

“Yeni Sabah” xəbər verir ki, həmin şəxslər İrəvanda özlərinə qarşı hər hansı təhlükə hiss etmədiklərini vurğulayıblar.

Videoda danışan şəxs deyib:

“Kalandarov salam, Paşov salam! Hazırda Yerevanın düz mərkəzindəyik. Hər şey yaxşıdır, əmin-amanlıqdır, gözəllikdir. Buyur, gələ bilərsən. Özün gəlməsən də, Daşqını göndər, o gəlsin. Gəlin, birlikdə gəzək, dolanaq, yurdunuza baş çəkək, bir az istirahət edək. Yollar açıqdır, gəliş-gediş mümkündür. Yerevanın düz ortasından sizə salamlar. Harada olursunuz olun, buyurun gəlin, xoş gəlmisiniz, səfa gətirərsiniz. Gələk, gəzək, yeyək, içək, söhbət edək. Burada hər şey yaxşıdır. Bizi yaxşı qarşıladılar”.

Sözügedən görüntüləri təqdim edirik:

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Seçilən
27
yenisabah.az

1Mənbələr