AZ

BEA: Azərbaycan ötən ay gündəlik 460 min barel neft hasil edib

BAKI, 13 fevral. TELEQRAF

2026-cı ilin yanvarında Azərbaycanda gündəlik neft hasilatı 460 min barel təşkil edib. Bu göstərici dekabrda gündəlik 470 min barel olub.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatında qeyd edilib.

Hesabata əsasən, Azərbaycan ötən ay OPEC+ üzrə hədəfindən gündəlik 91 min barel geridə qalıb.

Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündə 551 min bareldir.

Seçilən
30
teleqraf.com

1Mənbələr