AZ

ABŞ Yaxın Şərqə daha bir hərbi gəmi göndərib

"The New York Times" qəzeti öz mənbələrinə istinadənyazırki, sözügedən gəmi, əmrə əsasən, ABŞ-nin Yaxın Şərqdəki digər təyyarədaşıyan gəmisinə – "USS Abraham Lincoln"a qoşulacaq. Bu gəmilərin öz vətənlərinə yalnız aprelin sonunda, yaxud mayın əvvəlində qayıdacağı bildirilir:

"Bu təyyarədaşıyan gəmi yanvarın 3-də Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında da meydanda idi. Gəminin Virciniyada lövbər salması, modernləşdirilməsi nəzərdə tutulurdu, amma əmrə əsasən, Yaxın Şərqə yollanır".

Xatırladaq ki, İranda dekabrın 28-də başlamış etiraz aksiyaları fonunda Tehran və Vaşinqtonun münasibətləri daha da gərginləşib. Prezident Donald Tramp "aksiya iştirakçıları qətlə yetilərsə", İrana zərbə endiriləcəyini söyləyib. Bu çərçivədə yanvarın axırında ABŞ-dən İrana doğru gəmi qrupu göndərilib.

Firudin Həmidli
AzVision.az
Seçilən
24
azvision.az

1Mənbələr