AZ

BBC işçilərini ixtisar edəcək

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniyanın "BBC" xəbər agentliyi xərclərini yüz milyonlarla funt sterlinq azaltmağı planlaşdırır.

Modern.az bu barədə "Financial Times"a (FT) istinadən xəbər verir.

Məlumata görə, şöbə müdirlərinə xərclərin azaldılması təkliflərini hazırlamaq üçün mart ayının sonuna qədər vaxt verilib. Bu qənaətin növbəti üç il ərzində təxminən 10% təşkil edəcəyi gözlənilir. Bildirilib ki, maliyyələşdirmənin azaldılmasının xəbər otaqlarından tutmuş kommersiya studiyalarına qədər bütün "BBC" xidmətlərinə təsir edəcəyi gözlənilir. Qeyd edilib ki, işçilərin ixtisarları nəzərdə tutulub.

Məlumata görə, yayımçının ötən il əməliyyat xərcləri 2 milyard funt sterlinq (2,7 milyard dollar) təşkil edib.

Son illərdə Böyük Britaniyada korporasiyalar artan xərclər və onlayn platformalarda auditoriyanın azalması səbəbindən büdcələrini azaltmaq məcburiyyətində qalıblar. 

"BBC" ABŞ prezidenti Donald Trampın ona qarşı qaldırdığı 10 milyard dollarlıq iddiadan əlavə təzyiq altındadır. Amerika lideri Britaniya mediasını 2024-cü ilin oktyabrında yayımlanan "Panorama" verilişindəki çıxışını təhrif etməkdə günahlandırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
modern.az

1Mənbələr