AZ

Trampdan İrana açıq hədə: "Razılaşma olmasa...”

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında İranla aparılan müzakirələrə dair vəziyyətini qiymətləndirib. 

"Cebheinfo.az" xəbər verir ki, İranla bir razılığa gəlmək istədiklərini ifadə edən Tramp bu məsələdəki cari vəziyyəti İsrailin Baş naziri Benyamin Netanyahu ilə dünənki görüşlərində də müzakirə etdiklərini bildirib. Tramp prosesin hansı istiqamətdə irəliləyəcəyini görmək istədiyini vurğulayıb. 

"İranla bir razılaşma əldə etməliyik, əks halda onlar üçün çox travmatik olacaq. Bunun baş verməsini istəmirəm, onlarla bir anlaşma bağlamalıyıq", – deyən Tramp razılıq əldə olunmayacağı təqdirdə bunun Tehran rəhbərliyi üçün pis nəticələr doğuracağına işarə edib. 

Netanyahunun ona İranla müzakirə aparmaması barədə hər hansı tələb irəli sürmədiyini qeyd edən Tramp mövzunun hərtərəfli müzakirə olunduğunu söyləyib: "Netanyahu vəziyyəti başa düşür, lakin nəticədə bu qərar mənə məxsusdur”.

Tramp İranla bağlanacaq mümkün bir sazişin ABŞ üçün ədalətli və yaxşı bir müqavilə olmalı olduğunu vurğulayıb: 

"Əgər razılığa gələ bilməsək, ikinci mərhələyə keçəcəyik və bu mərhələ onlar üçün çox çətin olacaq. Mən bunun tərəfdarı deyiləm”. Tehranla aparılan danışıqların təqvimi ilə bağlı suala cavab verən Tramp iranlılarla istədiyi müddət ərzində görüşə biləcəyini, prosesin gələn ay ərzində də davam edəcəyini və yekun qərarın ona aid olduğunu bildirib. 

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr