Türkiyə Quru Qoşunları Komandanlığı “Hisar-A” layihəsi çərçivəsində açıqlanmayan sayda buraxıcı qurğunu və raketi inventarına daxil edib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri, kontr-admiral Zeki Aktürk, qurumun həftəlik fəaliyyətinə həsr olunmuş brifinq zamanı məlumat verib.
Qeyd edək ki, “Hisar-A” zenit-raket kompleksi (ZRK) “Roketsan” şirkəti tərəfindən təmin edilən dörd ədəd şaquli buraxılan “Hisar-A” raketləri ilə silahlandırılıb. “Hisar-A” ZRK, özünəməxsus “Kalkan” HHM radiolokatoru və ayrı atəşi idarəetmə sistemi olan bir batareya kimi işləməyə ehtiyac duymadan müstəqil avtonom sistem olaraq işləməsinə imkan verən elektro-optik/infraqırmızı (EO/İR) sistemlə təchiz edilib. Kompleksin minimal atəş məsafəsi 2 km, maksimal mənzili isə 15+ km təşkil edir. Hədəflərin məhv edilməsi hündürlükləri 15 metrlə 8+ km arasındadır.