AZ

Qubada marketin qarşısında söyüş söyən bacı qardaş TUTULDU

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qubada ictimai məkanda nalayiq ifadələr səsləndirən bacı-qardaş saxlanılıb.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisindəki “Meqastore” mağazasının qarşısında qeydə alınıb.

37 yaşlı evdar xanım Nailə Məmmədova (ad və soyad şərtidir) və qardaşı 36 yaşlı Murad Məmmədov (ad və soyad şərtidir) adı çəkilən marketin qarşısında uca səslə nalayiq ifadələr işlədiblər. Bu əməllərinə görə onlar saxlanılıb və barələrində müvafiq protokollar tərtib olunub.

Bacı-qardaş ifadələrində sərxoş olduqlarını bildiriblər.

Quba rayon Məhkəməsi onların hər birini 50 manat məbləğində cərimələyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
lent.az

1Mənbələr